Bizimyol.info saytının baş redaktoru, dəyərli həmkarımız Bahəddin Həzinin 55 yaşı oldu. Saytçı peşəsi yoxdur, qəzetçiliksə qibtə olunası klassik peşədir.
Bahəddin Həzi bu peşənin ustad imzalarındadır. “Bizim yol” qəzetinin yeni dövrün elektron resurs mərhələsinə keçidi də ustalıqla oldu. Yaradıcılıq ərazilərinin sərhəd toxunulmazlığını qorumağı yüksək səviyyədə bacardığına və istedadının nazını lütfükarlıqla çəkdiyinə görə, yazdığı xəbəri də ləzzətlə oxuyuruq, aldığı müsahibəsini də, reportajını, şərhini, köşəsini, hekayəsini, romanını da.
Bahəddin Həzinin ömründən gedən ili ömrünə gələn ilə həsəd aparır. Xoşbəxt yaşamaq bu olsun gərək. Adamın hər günü beləcə “mübarəkdir” alqışı qazanır.
Mediaekspert.az